Azərbaycanın 3 həndbol komandası Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın qadınlardan ibarət üç həndbol komandası 2023/2024 mövsümündə Avropa Kubokunda çıxış edəcək.

Komanda.az Avropa Həndbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Azəryol”, “Qarabağ” və “Kür” klubları qitə yarışında mübarizə aparacaq.

Bütün komandalar 1/32 final mərhələsindən turnirə qoşulacaq. Bu mərhələnin püşkü iyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılacaq. Tədbir saat 13:00-da başlayacaq.

1/32 final mərhələsinin ilk oyunları 23-24 sentyabrda, cavab qarşılaşmaları 30 sentyabr-1 oktyabrda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button