Azərbaycanın 3 cüdoçusu AÇ-də fəxri kürsüyə qalxdı

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.

Komanda.az xəbər verir ki, Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələniblər.

Nizami İmranov (66 kq) isə qitə birinciliyini bürünc medalla tamamlayıb.

Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button