Azərbaycanın 2 klubu “Sabah”ın ukraynalısı üçün mübarizəyə başlayır

“Sabah”da icarə əsasında forma geyinən ukraynalı cinah yarımmüdafiəçisi Aleksey Kaşukun xidmətində maraqlı olan klubların sayı getdikcə artır. Söhbət yerli klublardan gedir.

Komanda.az-ın əldə etdiyi məlumata görə, müqavilə ilə “Şaxtyor”a (Donetsk, Ukrayna) məxsus oland 22 yaşlı futbolçunu “Qarabağ” və “Neftçi” transfer etmək istəyir.

“Sabah” özü də Kaşukun birdəfəlik transferi və ya ən azı daha bir illik icarəsi üçün “Şaxtyor”la danışıqlar aparmaq niyyətindədir.

Azərbaycan Premyer Liqasında forma geyinən legionerlər arasında ən istedadlılardan sayılan Kaşukun “Şaxtyor”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

“Qarabağ”la “Neftçi”nin tezliklə Kaşukun özü ilə və “Şaxtyor”la təmasa keçəcəyi gözlənilir.

Kaşuk ötən ilin sentyabrında “Sabah”a keçib. O, bütün yarışlarda 26 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button