
Azərbaycanın 2 hakimi UEFA-nın kurslarında iştirak edəcək
Azərbaycanın iki hakimi UEFA-nın kurslarında iştirak edəcək.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Blekere Bakıda azərbaycanlı hakimlər üçün təşkil olunan seminardan sonra açıqlamasında deyib.
Belçikalı mütəxəssis bunun Azərbaycan üçün faydalı olacağını bildirib:
“Tural Qurbanov və Asiman Əzizli UEFA-nın təşkil edəcəyi kurslarda bilik və bacarıqlarını artıracaqlar. Ümidvaram ki, onlar Azərbaycana döndükdən sonra bacarıqlarını ölkənizdə tətbiq edəcəklər. Bu da Azərbaycanda futbolun səviyyəsinin artmasına töhfə verəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin