
Azərbaycanın 2-ci Liqasında çıxış edəcək 14-cü komanda məlum olub
Azərbaycanın 2-ci Liqasında çıxış edəcək 14-cü komandanın adına aydınlıq gəlib.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Şəfa” klubu olacaq.
Bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr artıq yekunlaşıb.
“Şəfa” yeni mövsümdən 2-ci Liqada çıxış etmək uğrunda pley-off mərhələsində “Hypers”ə məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin