Azərbaycanın 10 şahmatçısı dünya birinciliyində çıxış edəcək

Azərbaycanın 10 şahmatçısı noyabrın 15-də İtaliyanın Montesilvano şəhərində start götürəcək kadetlər arasında dünya birinciliyində iştirak edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

8,10, 12 yaşlı qız və oğlanların yarışında ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcəklər.

Ümumilikdə yarışda 80-dən çox ölkədən 4000-dən çox yeniyetmə iştirak edəcək. Dünya birinciliyinə noyabrın 26-da yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button