Azərbaycanı Qazaxıstandakı turnirdə təmsil edəcək gülşəçilər müəyyənləşib

Azərbaycanı Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində təmsil edəcək idmançılar müəyyənləşib.

Güləş Federasiyasından Komanda.az-a verilən məlumata görə beynəlxalq yarışda ölkəmizi sərbəst güləşçilər təmsil edəcək.

Məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ənənəvi turnirdə Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) mübarizə aparacaq.

Sentyabrın 19-da Musa xalçaya çıxacaq. Növbəti gün isə Kənanla Əşrəf güləşəcək.

Sabah start götürəcək yarış sentyabrın 20-nə qədər davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button