Azərbaycanı Gimnaziadada təmsil edəcək şahmatçılar məlum olub

Azərbaycanı Serbiyada keçiriləcək ISF U-15 Gimnaziada İdman Oyunlarında təmsil edəcək şahmatçılar müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Rapid və blits üzrə keçiriləcək yarışda şahmatçılar Paşam Əlizadə və Məryəm Ağaverdiyeva mübarizə aparacaq. Şahmatçılar səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaqlar.

Aprelin 4-dən 14-nə qədər təşkil olunacaq Gimnaziadada şahmat üzrə rapid yarışları aprelin 6-8-i aralığında, blits oyunları isə 10-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button