Azərbaycanı DÇ-də 4 idmançı təmsil edəcək
Sabah Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənc qılıncoynadanlar arasında dünya birinciliyinə start verilicək.
Komanda.az xəbər verir ki, ilk yarış günündə qılncoynatmanın sablya növü üzrə oğlan və qızlar arasında şəxsi yarışda qaliblər müəyyənləşəcək.
Qız sablyaçıların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova təmsil edəcək.
Oğlan sablyaçıların şəxsi mübarizəsində isə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov qüvvəsini sınayacaq.
Dünya çempionatına aprelin 9-da yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin