“Azərbaycandan aldığım təklif xoşuma gəlmədi”
“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov növbəti dəfə Azərbaycandan aldığı və qəbul etmədiyi təklif barədə danışıb.
Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan ukraynalı mütəxəssis dəvəti qəbul etməməsinin səbəbini belə izah edib:
“Təklif xoşuma gəlmədi. Başa düşürəm, müharibə gedir və ölkəni tərk etmək düzgün deyil. Mən Ukraynada işimi davam etdirmək istərdim. Hər şeyi zaman göstərəcək”.
Son klubu Ukrayna “Vorskla”sı olan Yuri Maksimov 2017/18 mövsümünün ikinci yarısında “Keşlə”nin baş məşqçisi olub. O, komandaya Azərbaycan kubokunu qazandırıb. Ukraynalı məşqçiyə yeni dəvət göndərən klubumuzun hansı olduğu isə bilinmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin