Azərbaycandan aldığı təklifi qəbul etmədi – Niderlandlı futbolçu

Niderlandın “Sparta” klubundan ayrılan futbolçu Bart Vrinds Azərbaycandan təklif alıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə ölkəsinin vi.nl saytına açıqlamasında danışıb.

O, Azərbaycana gəlmək istəmədiyini deyib: “Kipr, Azərbaycan, Hindistan, Küveytdən təklif aldım. Amma hər şey mənim istəklərimin əksinədir. Buna görə də getməməyə qərar verdim”.

Bart ötən mövsüm “Sparta”da 34 matçda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button