
Azərbaycanda transfer pəncərəsinin müddəti uzadıldı
Azərbaycanın futzal üzrə Yüksək və 1-ci Liqalarında yay transfer pəncərəsinin müddəti uzadılıb.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İştirakçı komandalar heyətə qatdıqları yeni oyunçuları oktyabrın 10-u, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.
Yay transfer pəncərəsinin müddəti daha əvvəl sentyabrın 20-nə qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin