
Azərbaycanda oynamış futbolçu Honq-Konq klubunda
“Səbail”in keçmiş futbolçusu Ali Siseyin yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, sierra-lioneli müdafiəçi karyerasını “Lee Man”da davam etdirəcək. Bu barədə Honq-Konq klubunun saytı məlumat yayıb.
Sisey 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək “Zirə”də oynayıb. Daha sonra o, “Səbail”ə transfer olunub. 28 yaşlı futbolçunun son klubu “PSİS Semaranq” (İndoneziya) olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin