Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı

Azərbaycanda açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.

Komanda.az xəbər verir ki, bu qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edib. İcazə idman mallarının istehsalına da alınıb.

Bu yenilik Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 10 avqust saat 00:00-dan qüvvəyə minəcək.

Beləliklə, Azərbaycan Premyer Liqasının avqustun 21-də başlaması üçün heç bir maneə qalmayıb. Eyni zamanda, klublar və milli komanda rəqiblərini öz meydanında qəbul edə biləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button