
Azərbaycanda federasiyaya prezident seçkisi keçirilib
Bu gün Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib.
Bu barədə Komanda.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) növbəti hesabat seçki konfransı keçirilib. İlk olaraq AƏFF prezidenti Elşad İbrahimli 2020-2025-ci illər ərzindəki fəaliyyətləri barədə hesabat verib. Ardından federasiyanın prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli yenidən Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib.
Sonda İdarə Heyətinin üzvlüyünə namizədlərlə bağlı səsvermə keçirilib. İlqar Aslanov, Nəbi Nəbiyev, Abas Hüseynov, Günay Məmmədova, Əjdər Abdullayev və Nurəddin Tağıyev federasiyaya üzv seçiliblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



