Azərbaycanda federasiya rəhbəri bu qızla əməkdaşlığa son qoydu FOTO
Azərbaycan Milli Karate Federasiyası yeniyetmə və gənclərdən ibarət millimizin üzvü Polina Qurenko ilə əməkdaşlıqdan imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti Yaşar Bəşirov məlumat verib:
“O artıq bir ildən çoxdur ki, milli komandamızda iştirak etmir. Sonuncu dəfə ötən ilin fevralında, Macarıstandakı Avropa çempionatında yer alıb. İki-üç dəfə əməliyyat olunub. Zədələri milliyə kömək etməyə imkan vermir. Ona görə də, qərara aldım ki, Qurenko ilə əməkdaşlığa son qoyaq”. (oxu.az)
19 yaşlı Polina Qurenko Ukraynadan milliləşdirilib. Şəxsi məşqçisi qadın millimizin çalışdırıcısı Denis Morozov olan karateçi 2018-ci ildə 14-15 yaşlılarda Avropa çempionu və 2019-cu ildə dünya çempionatının bürünc mükafatçısı olub.
Bizi Facebook-da izləyin