“Azərbaycanda başqa hakim yoxdur yəqin ki” – Azər Bağırov
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyunla bağlı bunları söyləyib:
“Uduzanda çox şeydən danışmaq olmur, səhvləri komanda ilə müzakirə etməlisən. Meydanda görmək istəmədiyimiz hallar var. Futbolçularla danışmışdıq ki, rəqib əks-hücumda daha çox olacaq. Amma meydanda tam fərqli şeylər gördük. Fasilədən sonra üstünlüyümüz olsa da, qol vura bilmədik. Sağ olsun hakimlər də yaramızın üstünə duz tökdülər. Neçə oyundur ki, hakimlər barədə danışmaq istəmirəm. “Səbail”lə oyundan bu yana qeyri-adi ofsayd xətti çəkilir… Cərimə meydançasında müdaxilədə şaqqıltı səsi bizim yanımıza qədər gəldi. Amma deyirlər topa oynadı. Mən bəhanələr gətirən adam deyiləm. Əlində material varsa, ondan maksimum istifadə etməlisən. Bu gün əlimizdə yetəri qədər material var. Sadəcə, qol epizodlarını dəyərləndirə bilmirik. Səhvlərimizin üzərində işləməliyik. Həmkarlarımın işinə qarşımaq istəmirəm. Mövsümün əvvəlində hakimliklə bağlı çox danışdılar. Kimlər ki, danışdı, bu gün onlara simpatiya var. Biz də futbola baxırıq. Mən hakimlərin insafına buraxıram. VAR-da da ancaq bir adamdır. Rəşad Əhmədov ancaq VAR-da oturur. Azərbaycanda başqa hakim yoxdur yəqin ki. Ya VAR-da olur, ya da meydançada”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin