Azərbaycanda 2-ci Liqada komandaların sayı artırıldı

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 2-ci Liqa ilə bağlı müzakirələr aparılıb. Alınan qərara əsasən, turnirdə komandaların sayı 12-dən 14-ə yüksəldilib.

Qusarın “Şahdağ” və Daxili İşlər Nazirliyinin “Dinamo” komandaları yeni mövsümdə 2-ci Liqada mübarizə aparacaq.

Daha əvvəl “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz”ın çempionatda iştirakı dəqiqləşmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button