Azərbaycanda 2-ci dərəcəli güləş hakimlərinin sayı 8-ə çatdı

Azərbaycanda 2-ci dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında ölkəmizi təmsil edən Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi tərəfindən təşkil olunan imtahanlardan uğurla keçiblər.

Onlar beynəlxalq kateqoriyalarını artıraraq 2-ci dərəcəyə yüksəliblər.

Bununla da, ümumilikdə 8 azərbaycanlı hakim II kateqoriyaya yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button