“Azərbaycana qələbə qazanmaq üçün gəlmişik”

Estoniya milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Azərbaycanın qonağı olacaq.

Komanda.az xəbər verir ki, Estoniya millisinin müdafiəçisi Maksim Paskoçi matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

“Bura qələbə qazanmaq üçün gəlmişik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik.

Bizə lazım olan sadəcə futbol meydançası və topdur. Bunun bizə təsir edəcəyini düşünmürəm. Rəqibin hücumçularını təhlil etmişəm. Bundan daha önəmli olan komanda olaraq düzgün müdafiə olunmağımızdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button