“Azərbaycana getmərəm” – Türkiyəli məşqçi
“Göztəpə”nin baş məşqçisi təyin olunan İlhan Palut Türkiyə mətbuatına geniş müsahibə verib.
Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Azərbaycanla bağlı maraqlı fikir də səsləndirib.
Gələcəkdə legioner həyatı yaşamaq arzusunu dilə gətirən Palut, bunu ölkəmizdə etmək fikrindən uzaqdı. O, bununla inkişaf etməyəcəyini düşünür.
Çalışdırıcı “Qalatasaray”lı həmkarı Fatih Terimi özünə nümunə götürüb: “Bəzi məşqçilərimiz Azərbaycan, Qətər, Makedoniya kimi ölkələrə gedir. Ancaq mən bu addımın tərəfdarı deyiləm. Türkiyədə ən yüksək uğuru əldə etdikdən sonra ölkə xaricinə yaxşı şəkildə çıxmağı, yəni daha güclü komandalara getməyi istərdim. Şəxsən mən bu cür etmək fikrindəyəm. Qətəri, Makedoniyanı alçaltmaq fikrində deyiləm. Yüksəlişə keçdikdən sonra doğru yerə getmək lazımdı. Tarixdə bunun nümunəsi də var. Fatih Terim 4 il ölkə çempionu olduqdan və UEFA Kubokunu qazandıqdan sonra “Fiorentina”, “Milan” kimi klubları çalışdırdı. Ölkə xaricinə bu cür çıxmaq, belə yüksəlişə nail olmaz lazımdı”.
Qeyd edək ki, İlhan Palut “Göztəpə”nin “sükanı arxasına” dünən gətirilib.
Bizi Facebook-da izləyin