
Azərbaycana DÇ-də ikinci qızıl medalı İsrafilov qazandırdı
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olan 20 yaşlı idmançı 100 metr məsafəyə brass üsulu ilə üzmədə 1.05:66 nəticə göstərərək finişə birinci çatıb.
Bununla millimizin dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb. Daha öncə keçirilmiş yarışlarda digər təmsilçimiz Roman Saley 1 qızıl və 2 gümüş medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin