Azərbaycan yığmasının üzvü sıraya döndü

Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Pavel Paşayev zədəsini sağaldıb.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, son matçlarda iştirak etməyən cinah müdafiəçisi iyulun 25-də “Mariupol”la görüşdə meydanda ola bilər.

Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasına vəsiqə uğrunda pley-offun yarımfinal mərhələsində sabah “Mariupol”la qarşılaşacaq. Qəbələ qazanan komanda iyulun 29-da finalda “Kolos” – “Dnepr-1” cütünün qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button