
Azərbaycan yığmasının seçmə mərhələ üçün heyəti açıqlandı
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 18-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq, ayın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişineuya yollanacaq.
Komanda.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels, Kosovo və Moldova yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
Turnirin bütün matçları Moldovada təşkil olunacaq.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
1. Aydan Abdullayeva – Sabah
2. İradə Əsədli – Şəfa
3. Aylin Quluzadə – Təhsil 8 İOEUGİM
4. Məryəm Səmədli – Sabah
5. Aysu Əsədova – Sabah
6. Aylin Kərimova – Sabah
7. Ayan Abdiyeva – Liman
8. Şəhanə Mirzəliyeva – Liman
9. Suel Polikarpova – Neftçi
10. Sara Səlimova – Neftçi
11. Naidə Məmmədova – Dirçəliş
12. Xədicə Rəhimova – Neftçi
13. Mehri Məmmədzadə – Baku Juniors
14. Fatimə Kərimli – Sabah
15. Tərgül Qəniyeva – Sabah
16. Yasmin Bəbirova – Təhsil 8 İOEUGİM
17. Zəhra İsmayılova – Şəfa
18. Aylin Azadova – Sabah
24 oktyabr
Uels (U-17, Qadınlar) – Azərbaycan (U-17, Qadınlar)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00
Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
27 oktyabr
Kosovo (U-17, Qadınlar) – Azərbaycan (U-17, Qadınlar)
Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda. Saat 14:00
Baş hakim: Briet Braqadottir (İslandiya)
Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
30 oktyabr
Azərbaycan (U-17, Qadınlar) – Moldova (U-17, Qadınlar)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00
Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ticana Krstiç (Serbiya)
Dördüncü hakim: Briet Braqadottir (İslandiya)
Bizi Facebook-da izləyin



