Azərbaycan yığmasının Özbəkistanda ikinci məğlubiyyəti

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Komanda.az xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Paytaxt Daşkənddə baş tutan matçda meydan sahibləri 89-cu dəqiqədə penaltidən vurulan qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.

Bu komandalar arasında ilk yoxlama görüşündə Özbəkistan yığması 7:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button