Azərbaycan yığmasının Mahaçqala toplanışı başladı
Sərbəst güləş yığmamız fasiləyə son qoyub.
Komanda.az xəbər verir ki, millimiz ilk təlim-məşq toplanışını ölkə xaricində keçir.
Komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçilər Arif Abdullayevlə Sadruddin Ayqubovun rəhbərliyi altında yanvarın 7-dən Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq prosesinə start verib.
Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək.
Turnirlərə daha yaxşı hazırlaşmaq üçün təşkil olunan təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamız bir sıra yarışlarda iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin