Azərbaycan yığmasının beynəlxalq turnir üçün yekun heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək yekun heyəti müəyyənləşib.

Komanda.az xəbər verir ki, millimiz fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq.

Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də keçiriləcək.

  1. Xəqan Şükürov – Zirə
  2. Rauf Əyyubov – Sabah
  3. Elgün Alışov – Rot-Vays Oberhauzen (Almaniya)
  4. Murad Qurbanov – Zirə
  5. Həzrət Səmədov – Sabah
  6. Əlibəy Mahmudov – Sabah
  7. Fərid Cabbarlı – Zirə
  8. Hüseyn Atayev – Turan Tovuz
  9. Tunar Muradov – Turan Tovuz
  10. Nihad İsaqov – Kəpəz
  11. Elvin Vəliyev – Neftçi
  12. Vusal Kərimov – Neftçi
  13. Toğrul Haqverdiyev – EFA
  14. Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
  15. Rafael Qaziyev – Dinamovets (Rusiya)
  16. Nicat Nərimanov – Brommapoykarna (İsveç)
  17. İslam Həsənov – Srvena Zvezda (Serbiya)
  18. İbrahim Xəlilov – Sabah
  19. Murad Cabbarov – Sumqayıt
  20. Ümid Səlimov – Sabah
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button