Azərbaycan yığmasında 3 itki
Futbol üzrə Azərbaycan milli komandası ciddi itkilərlə üzləşib.
Komanda.az xəbər verir ki, yığmamızın üç futbolçusu AÇ-2020-nin seçmə mərhələsinin növbəti oyununu buraxacaq.
Bunlar milliləşən legionerlər Anton Krivotsyukla Dmitri Nazarov, həmçinin kapitan Maksim Medvedevdi.
Onlar E qrupunun 6-cı turu çərçivəsində keçirilən Xorvatiya ilə ev görüşündə sarı vərəqə aldıqları üçün bu durumla üzləşiblər. “Üçlük” seçmə mərhələdə 3-cü dəfə xəbərdarlıqla cəzalanıb.
Bunadək Krivotsyuk Slovakiya ilə ev, Uelslə səfər, Medvedev Xorvatiya ilə səfər, Macarıstanla ev, Nazarov isə Macarıstanla ev, Uelslə səfər görüşlərində cəzalanmışdı.
Bu üç oyunçu oktyabrın 13-də Macarıstana qarşı keçiriləcək matçı buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin