
Azərbaycan yığması yoxlama görüşlərində qələbə qazandı
16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycanın millisi yoxlama görüşləri keçirib.
Komanda.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan komanda Bəhreyn və Küveytlə qarşılaşıb.
Avropa çempionatı öncəsi təşkil olunan matçlarda baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığma Bəhreynə 70:62, Küveytə isə 69:49 hesabı ilə qalib gəlib.
Azərbaycanın U-16 millisinin hazırlıq prosesi iyulun 18-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin