
Azərbaycan yığması UEFA İnkişaf Turnirində iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Komanda.az xəbər verir ki, millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək.
U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz:
- Rauf Əyyubov – Sabah
- Nurəziz Əzizov – Neftçi
- Kamil Həsənov – Marset (İspaniya)
- Rəşad Gülüşov – Vətən
- Uğur Qurbanlı – Qarabağ
- Toğrul Mehdizadə – Vətən
- Səttar Tahirzadə – Marset (İspaniya)
- Muhamməd Çodarov – Marset (İspaniya)
- İsmayıl Səfərli – Neftçi
- Amin Rzayev – Qarabağ
- Sahib Xəlilli – Neftçi
- Allahverdi Şirinov – Qəbələ
- Nihad Cəfərzadə – Sabah
- Ramin Abiyev – Neftçi
- Sübhan Rzayev – Qəbələ
- Nihad Hüseynzadə – Sabah
- Adnan Bunyatov – Marset (İspaniya)
- Əli Bəşirov – Qarabağ
- Onur Əliyev – Qarabağ
- Samir Şərifov – Vətən
- Pünhan Kərimov – Marset (İspaniya)
- Nicat Kərimov – Vətən
14 aprel
15:30. Moldova – Azərbaycan
“Zimbru” stadionu
16 aprel
12:00. Azərbaycan – Gürcüstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
19 aprel
12:00. Estoniya – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Bizi Facebook-da izləyin


