Azərbaycan yığması UEFA İnkişaf Turnirində ilk oyununu keçirib

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Futbol Kompleksində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Belarus komandasının 8:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 86-cı dəqiqədə Könül Hüseynova vurub.

Turnir çərçivəsində bu gün keçirilən digər oyunda Rusiya yığması Özbəkistan seçməsini 9:0 hesabı ilə məğlub edib.

Azərbaycan milli komandası növbəti oyununu sentyabrın 19-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button