Azərbaycan yığması Sloveniyaya 23 futbolçu ilə gedir

Mayın 18-dən 28-dək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Sloveniyada təlim-məşq toplanışı olacaq.

Komanda.az xəbər verir ki, hazırlıq prosesi zamanı yığmamız 2 yoxlama oyunu keçirəcək.

Mayın 21-də Xorvatiyanın “Sloven Belupo-2” komandası ilə qarşılaşacaq U-21 mayın 27-də Lyublyana “Olimpiya”sının əvəzediciləri ilə görüşəcək.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Kamran İbrahimov – Neftçi
  2. Şahin Zəkiyev – Keşlə
  3. Murad Popov – Qəbələ
  4. Amin Seydiyev – Qəbələ
  5. Turan Manafov – Zaqatala
  6. Ricat Qarayev – Sumqayıt
  7. Murad Qayalı – Keşlə
  8. Rəhman Daşdəmirov – Neftçi
  9. Nihad Tamazov – Qarabağ
  10. Elçin Mustafayev – Sabah
  11. Zahid Mərdanov – Sabah
  12. Abbas Ağazadə – MOİK
  13. Nicat Süleymanov – Qarabağ
  14. Hacıağa Hacılı – Qarabağ
  15. İsmayıl İbrahimli – Qarabağ
  16. Rövlan Muradov – Qəbələ
  17. Süleyman Əhmədov – Sumqayıt
  18. Ziya Əzizov – NEK Neymegen (Hollandiya)
  19. Şakir Seyidov – Sabah
  20. Elvin Cəfərquliyev – Qarabağ
  21. Rafael Məhərrəmli – Zirə
  22. Musa Qurbanlı – Qarabağ
  23. Emil Qasımov – Sabah

Qeyd: Murad Popov, Amin Seydiyev, Rövlan Muradov, Süleyman Əhmədov toplanışa mayın 20-də qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button