Azərbaycan yığması Rumıniyaya məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəni başa vurub.

Komanda.az xəbər verir ki, Xorvatiyanın ev sahibliyi etdiyi 3-cü turun son qarşılaşmasında komandamız Rumıniya yığması ilə üz-üzə gəlib.

Zadar şəhərində təşkil olunan görüşün qalibi Rumıniya millisi olub.

Qeyd edək ki, reqlamentə əsasən yarışda iştirak edən 12 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 28-29 iyun tarixlərində İsveçdə baş tutacaq.

Rumıniya – Azərbaycan 3:0 (25:14, 25:10, 25:17)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button