
Azərbaycan yığması Monteneqroya da uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Monteneqro seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



