
Azərbaycan yığması Monteneqro ilə yoxlama oyunları keçirəcək
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 24-dən 26-dək Bakıda, oktyabrın 27-dən noyabrın 1-dək isə Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışı keçəcək.
Komanda.az xəbər verir ki, U-18 hazırlıq zamanı oktyabrın 29-da və 31-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Milliyə dəvət olunan futbolçuların siyahısı ilə tanış ola bilərsiniz:
| 1 | Həbib Hüşənov | Qəbələ |
| 2 | Ayxan Abbaszadə | Turan Tovuz |
| 3 | Aftandil Arıxov | Sumqayıt |
| 4 | Ömər Əliaslanlı | Zirə |
| 5 | Əli Nəbizadə | Neftçi |
| 6 | Məsud Əlişanlı | Qarabağ |
| 7 | Cavid Məlikov | Qarabağ |
| 8 | Murad Mustafayev | Neftçi |
| 9 | Rəşad Alışov | Qarabağ |
| 10 | Nadir Orucov | Sumqayıt |
| 11 | Ramin Əvəzov | Sabah |
| 12 | Emin Feyzullayev | Sabah |
| 13 | Elnur Cabbarlı | Sumqayıt |
| 14 | Ömər Kərimov | Qəbələ |
| 15 | Arzu Mədətov | Turan Tovuz |
| 16 | Əli Qurbanov | Sumqayıt |
| 17 | Əmir Əliyev | Sabah |
| 18 | Həsən Əliyev | Zirə |
| 19 | Əkbər Məhərrəmov | Sabah |
| 20 | Ziya Şəkərxanov | Qəbələ |
| 21 | Əliəkbər Rzazadə | Qarabağ |
| 22 | Babamirzə Mehdiyev | Sabah |
| 23 | Ümid Səlimov | Sabah |
| 24 | Rauf Qafarov | Zirə |
| 25 | Röyal Fərzullazadə | Neftçi |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



