Azərbaycan yığması Monteneqro ilə iki yoxlama oyunu keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 8-dən 18-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Komanda.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Qeyd olunan oyunlara hazırlıq məqsədilə avqustun 1-dən 7-dək millimizin gündəlik məşqləri təşkil olunacaq.
Gündəlik məşqlərdən sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Ayxan Abbaszadə – Turan Tovuz
- Teymur Həsənov – Qarabağ
- Aftandil Arıxov – Sumqayıt
- Məsud Əlişanlı – EFA
- Səmid Əhmədov – Qəbələ
- Məhəmməd İmamaliyev – Neftçi
- Vüsal Paşayev – Sumqayıt
- Nadir Orucov – Sumqayıt
- Rəşad Alışov – Sabah
- Tuncay Əhmədov – Sabah
- Əkbər Məhərrəmov – Sabah
- Ömər Kərimov – Qəbələ
- Əmir Əliyev – Sabah
- Emin Feyzullayev – Sabah
- Anar Hüseynov – Sabah
- Ziya Şəkərxanov – Qəbələ
- Şahismayil Cəfərov – EFA
- Şükür Cəfərli – Sumqayıt
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Elvin Qurbanov – Neftçi
- Amid Qasımov – Qarabağ
- Həbib Qədimov – Qarabağ
- Ümid Səlimov – Şamaxı
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin