Azərbaycan yığması Moldova üzərində qələbəni əldən verdi
Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Elxan Abdullayevin çalışdırdığı komandamız moldovalı həmyaşıdları ilə qarşılaşıb.
Moldovadan olan hakimlərin idarə etdiyi oyunda hesabı Azərbaycan millisi açıb. 26-cı dəqiqədə Xəyal Əliyev rəqib qapısına yol tapıb. Lakin komandamız bu üstünlüyü 84-cü dəqiqədə əldən verib. Beləcə, tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
Bu komandalar arasında iyunun 6-da daha bir oyun keçiriləcək. Millimiz bundan öncəki sınaq matçında Belarusla səfərdə qolsuz heç-heçəyə razılaşmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin