
Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu
Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda finalda təşkilatçı ölkənin təmsilçisi ilə qarşılaşıb.
Matçın əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq oynayıb – 3:1.
Xatırladaq ki, yığmamız ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib – 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



