Azərbaycan yığması Millətlər Liqasına heç-heçə ilə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edib.

“Liv Bona Dea Arena”da təşkil olunan qarşılaşma 0:0 hesablı qolsuz heç-heçə yekunlaşıb.

Millimiz qrupda növbəti oyununu aprelin 4-də səfərdə Litva yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button