Azərbaycan yığması Latviya üzərində darmadağına sevindi
Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.
Ümid Səlimovun dubl etdiyi oyunda komandamızın digər qolunu Şahin İbrahimov vurub.
Bu komandalar arasında növbəti oyun mayın 27-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin