Azərbaycan yığması Kosovodan məğlub qayıdır

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son səfər matçına çıxıb.

Tahir Baxşıyevin yetirmələri Bakıda məğlub etdikləri Kosovonun qonağı olublar. Millimiz bu görüşdə məğlubiyyətə üzülüb və nəticədə sonuncu pilləyə enib.

Yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

DÇ-2027-nin seçmə mərhələsi
A qrupu

20 fevral

Kosovo – Azərbaycan – 81:79 (20:21, 23:20, 17:18, 21:20)
Priştina. Gənclər və İdman Sarayı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button