Azərbaycan yığması İtaliyanı da məğlub etdi

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan növbəti oyununu keçirib.

İtaliya millisi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button