
Azərbaycan yığması İsrailə də məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə məğlub olub.
Komanda.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 5:1.
U-17 ilk matçında Fransaya 8 cavabsız qolla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



