Azərbaycan yığması İspaniyada 2-ci oldu
İspaniyada çimərlik güləşi üzrə dünya seriyasının 2-ci mərhələsi keçirilib.
Komanda.az xəbər verir ki, Pontevedra şəhərinin Sanxenxo qəsəbəsində təşkil olunan turnirdə ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.
Omid bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İbrahim gümüş, Ramiz isə bürünc medal qazanıb. Azərbaycan 1 dəst medalla komanda hesabında 2-ci yeri tutub.
Dünya seriyasının 3-cü mərhələsi iyulun 1-2-də Fransada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin