Azərbaycan yığması ilk dəfə Avropa çempionatında iştirak edəcək
21 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan yığması ilk dəfə Avropa çempionatına qatılacaq.
Komanda.az xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək qitə birinciliyində ölkəmizi 2 idmançı təmsil edəcək.
Millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında Zemfira Mikayılova və Ləman Abdulhəmidova yarışda mübarizə aparacaqlar. Hər iki idmançı şəxsi reytinqlərinə əsasən yarışda iştirak hüququna yiyələnib.
Yanvarın 24-də startı veriləcək Avropa çempionatına ayın 28-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin