
Azərbaycan yığması Gürcüstana qalib gəldi
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, yığma Gürcüstan kollektivi ilə üz-üzə gəlib.
İsveçdə təşkil olunan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fərid Cəlalovun baş məşqçisi olduğu komanda ötən gün İsveçə uduzub – 0:3.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



