Azərbaycan yığması Fransanı məğlub edərək qrup lideri oldu

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Fransa yığması ilə qarşılaşan Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci tamamlayıb.

Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.

Bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button