Azərbaycan yığması dünya üçüncüsü oldu

Sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb.

Komanda.az xəbər verir ki, mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xalla komanda hesabında dünya 3-cüsü olub. ABŞ 190 xalla 1-ci, Hindistan isə 126 xalla 2-ci yeri tutub.

Beləliklə, millimiz bu yaş qrupunda medalların əyarına görə son 8 ilin, medalların sayına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atdı. Toplanan 122 xal isə U-17 dünya çempionatları tarixində sərbəst güləş üzrə yığmamız üçün yeni rekorddur.

Xatırladaq ki, milli üzvlərindən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button