
Azərbaycan yığması dünya çempionatına heç-heçə ilə başladı
Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Bəhreyn komandası ilə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib və tərəflər hərəyə 1 dəfə fərqləniblər – 1:1.
Millinin heyətində Mirmehdi Rzayev (15) dəqiq zərbə müəllifi olub. Rəqibin qolunu isə Ahmed Antar (25) vurub.
Qrupun digər görüşündə, saat 23:00-da Mavritaniya və Sloveniya kollektivləri üz-üzə gələcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



