Azərbaycan yığması DÇ-də 1/4 finala adladı

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb.

Komanda.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/8 finalda son dünya çempionu Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız növbəti mərhələyə adlayıb.

Azərbaycan 1/4 finalda İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button